Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: İki dost, strateji müttəfiq



Newscenter.az.16.01.2022. Ukrayna Azərbaycanın strateji tərəfdaşı və ən yaxın dost, qardaş ölkələrdən biridir. Bu dostluq əlaqələri qədim və zəngin tarixə malikdir. Nəsillərin əmanəti olan bu dostluq tarixin ən ağır sınaqlarından çıxmışdır. Keçmiş itifaq dövründə də Ukrayna və Azərbaycan ənənəvi olaraq səmimi və qardaş münasibətlərini qoruyub saxlamışdır. İki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq ikitərəfli əlaqələrin inkişafı 1995-ci ildıən sonra intensiv xarakter alıbdır. Hər iki ölkənin xarici və daxili siyasətində milli mənafeləri təmin edən strategiya həyata keçirilməkdədir. Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının intenisv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıbdır.

Ulu öndər Heydər Əliyevin bu ölkəyə səfərindən sonra imzalanmış dövlətlərarası saxişin imzalanmasından sonra siyasi əlaqələrin inkişafı yeni mərhələyə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin Ukrayna ilə əlaqələrə xüsusi önəm verməsi, səfərlər etməsi və əlaqələrin inkişafını təmin edən yeni sənədlər imzalaması iqtisadi əlaqələrin ən yaxşı səviyyəyə çatmasına səbəb olubdur.

Rəsmi Kiyevin ölkəmizə qarşı mövqeyi hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməmiş, əksinə daha da əlaqələrin hərarəti ilbəil
artıbdır. Azərbaycanla tarixi dostluq əlaqələrinə malik olan bu dövlət ölkəmizin haqq səsinə səs verərək hər zaman Ermənistanın işğalçılıq siyasətinə qarşı sərt mövqe nümayiş etdirmiş, 44 günlük Zəfər savaşında Kiyev Azərbaycanın yanında yer alaraq erməni terrorizminə qarşı mücadiləni dəstəkləmişdir. Vətən müharibəsi dövründə Azərbaycana həqiqi dostluq və qardaşlıq əlini uzadan, öz köməyini əsirgəməyən ölkələrdən biri kimi Ukrayna Türkiyə, Pakistan, Moldova, İsrail və digər dövlətlərin nümayiş etdirdiyi siyasi iradəni və dəstəyi sona qədər qorudu. Bu, həqiqtən də əsil qardaşlıq nümunəsidir.

Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi beynəlxalq təşkilatlarda da çiyin-çiyinə dayanaraq birgə fəaliyyət göstərir. BMT, Avropa İttifaqı, ATƏT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
İndiyə qədər iki ölkə arasında155 sənəd imzalanıb ki, onun böyük əksəriyyəti iqtisadi, siyasi məzmunludur. Ukrayna Azərbaycanla ticari əlaqələrinə görə keçmiş ittifaq ölkələri arasında Rusiyadan sonra 2-ci yerdə qərarlaşır. Hətta 2010-cu ildə ixrac səviyyəsinə görə Rusiyanı da geridə qoymuşdur. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 850 milyon - 950 milyon dollar a yrasındadır.

SOCAR Ukraynada geniş enerji-yanacaq şəbəkəsinə malikdir. Bu ölkədə yanacaq məhsulları satışı kompleksi, yanacaq doldurma məntəqələri vardır. Nundan başqa neft və neft-kimya müəssisələri fəaliyyət göstərir. Azərbaycanın tikinti şirkətləri Kiyev və digər şəhərlərdə inşaat layihələri həyata keçirir, hər iki ölkədə 100-ə yaxın şirkət qarşıqıqlı fəaliyyət göstərir.

Azərbaycan və Ukrayna arasında yaxşı təhsil və elm sahəsində əməkdaşlıq quruulub. Ukraynaını ali təhsil ocaqlarında təxminəm 1250 azərbaycanlı tələbənin təhsil alması təmin olunub.

Cənab Prezident İlham Əliyevin yanvarın 14-də Ukraynaya səfəri əlaqələrin yeni tarixi mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Birgə Bəyannamənin, eləcə də digər sənədlərin imzalanması strateji əməkdaşlığın ən yüksək Zirvəyə çatması üçün mühüm əhəmiyyət kəsb edir.

Bu Səfər zamanı hər iki ölkənin Siyasi lideri tərəfindən bəyan olunan fikirlər həm də GUAM-ın lider ölkələri olan Azərbaycan və Ukraynanın bölgədə yeni siyasi düzən, möhkəm sabitlik arxitekturasının gücləndirmək, bölgədə separatizm və qeyri-sabitlik toxumu səpmək istəyən qüvvələrin mənfur niyyətlərinin darmadağın edilməsi, bölgədə azad və firavan sülh rununun inkişaına dərin töhvə vermək baxımından mühüm siyasi mesajları çatdırır.



Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş