Newscenter.az.17.01.2022. Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 325 milyonu ötüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.
Məlumata görə, dünyada COVID-19-a 326 279 424 yoluxma aşkarlanıb. Son sutkada daha 2 669 054 nəfərin koronavirusa yoluxması məlum olub, 6 916 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 5 536 609 nəfərə çatıb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb - 64 720 612 nəfər. Siyahıda sonrakı yerlərdə Hindistan (37 380 253), Braziliya (22 975 723) və Böyük Britaniya (15 217 284) qərarlaşıb.
Ölənlərin sayına görə də ən çox ABŞ-dadır - 843 718 nəfər. İkinci sırada Braziliya (620 971), üçüncü yerdə Hindistandır (486 451) .
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.