Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır-VIDEO



Newscenter.az.17.01.2022
. Müdafiə Nazirliyi azad edilən ərazilərdə dislokasiya olunan qoşunların durumunu açıqlayıb

Nazirlikdən Newscenter.az-a bildirilib ki, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.

"İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub.

Xəbəri paylaş