Newscenter.az.17.01.2022. Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmət aparan zaman rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalırna zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVID-19 pasportlarının olmadan fəaliyyət göstərməsini aşkarlayıb.
Polis əməkdaşları dərhal obyekt barəsində qanuna müvafiq tədbir görüb. Belə ki, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında, orada işləyən və müştərilər barəsində isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.