Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə ərzaq mağazasında istifadə müddəti bitən məhsullar aşkarlanıb



Newscenter.az.17.01.2022. Şəmkirdə ərzaq mağazasında istifadə müddəti bitən məhsullar aşkarlanıb.

Newscenter.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bayraməliyev Rəşid Musa oğluna məxsus ərzaq satışı mağazasında planlı yoxlama keçirib.

Yoxlama zamanı ərzaq mağazasında qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatların və meyvə şirələrinin qanunsuz satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı istehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Sevinc
Xəbəri paylaş