Newscenter.az.18.01.2022. “Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.
Bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni strukturla bağlı əməkdaşlar da işə cəlb edilib: “Həmin şöbədə işləyən hüquqşünaslar hakimlərə qərarların ilkin variantını təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa imkan yaradacaq və hakimlərin fəaliyyətinin səmərəliyini qat-qat artıracaq”.