Newscenter.az.18.01.2022. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərlə yola düşüb.
Bu barədə Newscenter.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.
Səfər çərçivəsində həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.