Newscenter.az.18.01.2022. Goranboyun gənc sakini minaya düşüb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.
Belə ki, kəndin 26 yaşlı sakini Məmmədov Vüqar Maqsud minaya düşüb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub.
V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, hadisə o, qoyun otaran zaman baş verib.