Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib



Newscenter.az.19.01.2022. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirib.

Bu barədə Newscenter.az-a Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, maarifləndirmə tədbirinə Dövlət Komitəsi aparatının və tabe qurumların xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar işğaldan azad edilmiş ərazilərə vaxtaşırı ezamiyyətə gedən 25 nəfər əməkdaşı cəlb olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə intensiv şəkildə minatəmizləmə əməliyyatlarının aparıldığı, bərpa-quruculuq işlərinin genişləndirildiyi, Böyük Qayıdışa hazırlıq görüldüyü bildirilib. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə hərbi təyinatı olmayan yerləri belə minalaması Qarabağa geri dönəcək və ya icazəsiz səfər edəcək vətəndaşların həyatı üçün təhlükə yaradır.

Təlimçilər təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə ətraflı məlumat verib. Eləcə də, müxtəlif növ mina və sursatların, əldəqayırma partlayıcı qurğuların vizual tanınması üçün maketlər nümayiş etdiriblər.

Təlimin sonunda Dövlət Komitəsinin əməkdaşlarına təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları və müvafiq sertifikatlar təqdim olunub.
Xəbəri paylaş