Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA bir neçə məşhur restoranı cərimələdi



Newscenter.az.19.01.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 18-də ölkə üzrə 432 ictimai iaşə obyektində 766 monitorinq keçirib.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 66 ünvanında yerləşən, hüquqi şəxs “Burc” MMC-yə məxsus “Burc Qala” restoranı;

3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Fazilova Nərminə Anatolu qızına məxsus “Kaffeine Coffee House” kafesi;

4. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Rüstəmli Şaiq Lazər oğluna məxsus yeməkxana.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sevinc
Xəbəri paylaş