Newscenter.az.19.01.2022. Fransanın hakim dairələrinin və siyasi elitasının Azərbaycana qarşı ədalətsiz, məkrli və Beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən davranışları bitib tükənmir. Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın azad edilməsinə heç bir təşəbbüs göstərməyən, əksinə bütün platformalarda işğalçı ölkə ilə birlikdə olan, fəaliyyətində ikiüzlü mövqe nümayiş etdirən Fransa, 44 günlük Vətən müharibəsi günlərində də rəsmi şəkildə vandal ermənilərin yanında oldu, ona hərtərəfli kömək etməkdən belə usanmadı.
Newscenter.az xəbər verir ki, bu fikirlər Ana Vətən Partiyasının yaydığı bəyanatda yer alıb. Bəyanatda qeyd edilir ki, müharibədən sonra da Fransa ölkəmizə qarşı düşmənçilik mövqeyindən əl çəkmədi:
"Kəlbəcər rayonu işğaldan azad edildiyi gün Fransa Senatının qondarma, seperatçı rejimin “müstəqiliyinin” tanınmasına çağıran qətnaməsi, erməni cəmiyyətinin və separatçıların Azərbaycana qarşı revanşist addımlarını stimullaşdıran açıqlamaları, bu ölkənin anti-bəşəri mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoydu. Erməni diasporunun pul kisəsinin köləsinə çevrilən Fransa siyasətçiləri hər addımda ölkəmizə qarşı düşmənçilik ənənlərini davam etdirməkdədilər. Keçən ilin dekabr ayının sonlarında Fransa prezidentliyinə namizəd Valeri Pekressin Qarabağa gizli, maskalanmış şəkildə səfəri, cinayətkar ünsürlərlə keçirdiyi görüşlər və Fransa ermənilərinə hesabat vermək məqsədilə çəkdirdiyi fotolar onun nə qədər rəzil, qorxaq və məkrli şəxs olduğunu nümayiş etdirdi".
AVP-nin bəyanatında daha sonra qeyd edilir:
"Azərbaycanla Ermənistan arasında sülhə, əməkdaşlığa deyil, qarşıdurmaya, zəlil duruma düşən erməniləri yeni-yeni qırğınlara sürükləyən Valeri Perkessin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönələn qanundan kənar səfəri cəmiyyətimizdə hiddət doğurdu və haqlı olaraq bu səfərə qarşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən etiraz notası verildi. Bundan nəticə çıxarmaq, Azərbaycan dövlətindən və xalqından üzr istəmək əvəzinə, Valeri Pekress həyassızcasına özünə haqq qazandıraraq, Fransanın prezidentini onu müdafiə etməyə çağırdı.
Cənab prezident İlham Əliyev 12 yanvar 2022-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə Beynəlxalq hüquq normalarına, yüksək siyasi mədəniyyətə və etik qaydalara söykənərək Valeri Pekressin təxribat xarakterli səfərinə ötəri münasibət bildirməsi V.Pekressin Fransa Milli Assambleyasında təmsil olunan həmkarı Erik Sioffi və bu ölkənin Xarici işlər naziri Jan Drian tərəfindən analoqu olmayan isterika ilə qarşılandı və onlar anti-Azərbaycan mövqeyi ilə bütövlükdə, mənsub olduqları siyasi elitanın mənəviyyatsızlığını bir daha nümayiş etdirdilər. Azərbaycana, onun ədalətli və haqq işinə qəzərli münasibəti, xalqımızda Fransa hakimiyyətinə və siyasi dairələrinə qarşı ikrah dolu narazılıq yaratmış, onlara qarşı etimadsızlıq mühüti formalaşdırmışdır".
Ana Vətən Partiyası Fransanın Azərbaycana yönələn və illərdən bəri davam edən və sistemli xarakter daşıyan məkrli, qərəzli ermənipərəst davranışlarını qətiyyətlə pisləyir, ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələri suverenliyimizə və ərazi bütövlüyümüzə təhdid mahiyyəti daşıyan bu və buna bənzər anti-Azərbaycan qüvvələrinə qarşı barışmaz mübarizə aparmağa səsləyir.
Mehman