Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda sürücü polis şöbəsində ölüb



Newscenter.az.19.01.2022. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

Qeyd edib ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib, həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

"Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş", - N.Piriyev vurğulayıb.
Xəbəri paylaş