Newscenter.az.19.01.2022. Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova vəzifəsindən azad edilib.
Newscenter.az xəbər verir ki, "Unikal" işdən çıxarılan İ.Gülmməmədovanın əmlaklarının siyahısını əldə edib:
V
arovski qəsəbəsində “Vimay- Med” klinikası, “Af - Gen” klinikası;
Binəqədi rayonu, Varovski qəsəbəsində 4 mərtəbəli villa və "Zümrüd" uşaq bağçası;
Binəqədi rayonu, 9-cu mikrorayonunda Zeytunluq adlanan ərazisində 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, Zeytunluq adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyona başa gəlib.
Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası;
Görədil və Masazır qəsəbələrində villası;
Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil;
Bakı şəhərində apteklər şəbəkəsi;
Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;
Qeyd edək ki, İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının köməyi ilə Gürcüstana keçirib.