Newscenter.az.19.01.2022. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə cənub-qərb küləyi güclənib, küləyin maksimal sürəti bölgələrdə arabir 28 m/s, Abşeron yarımadasında 23 m/s, Abşeron Dəniz rayonunda isə 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Hazırda külək zəifləyib.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Qubada 20 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 13 sm, Lerikdə 9 sm, Altıagac, Xaltan 8 sm, Şahbuzda 6 sm, Naxçıvan, Daşkəsən, Göygöldə 4 sm, Qusarda 2 sm olub.
Havanın minimal temperaturu bu gecə aran rayonlarında 4°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 9-13° şaxta, Bakıda və Abşeron yarımadasında 2-4° isti olub.