Newscenter.az.19.01.2022 Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
O, qeyd edib ki, heykələ vurulan zərər heykəltəraş tərəfindən bərpa olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.