Newscenter.az.19.01.2022. Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı” günü ilə əlaqədar olaraq “Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinə start verilir. Newscenter.az-a Agentlikdən bildirilib ki, müsabiqəyə işğaldan azad edilmiş rayonların şagirdləri qatıla bilər.
Müsabiqəyə qatılacaq müəllif özü haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, şəhərin (rayonun) adı və təhsil aldığı məktəb) da olmaqla çəkdiyi rəsmi fevral ayının 20-nə kimi Agentliyə təqdim etməlidir.
Agentlikdən o da bildirilib ki,müsabiqəyə işğaldan azad edilmiş rayonların şagirdləri qatıla bilər. Rəsmlər A3 formatından aşağı olmamalıdır. Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və s.);
Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;
Rəsmlər poçt vasitəsi ilə göndərilməli və ya Agentliyin inzibati binasına təqdim olunmalıdır. Agentliyin ünvanını rəsmi internet səhifəsindən - “aayda.gov.az” - əldə etmək mümkündür.
Müsabiqənin ilk 3 yerin qalibinə hədiyyə, sonrakı 5 yeri tutan iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunacaq.
Sevinc