Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Ukraynaya səfər edəcək



Newscenter.az.19.01.2022. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.

Report xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.

“Fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacağıq”, - sözçü bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir:

“Prezidenti Ərdoğan hər iki lideri (Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski – “Report”) problemləri həll etmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib. Türkiyə Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də bir NATO müttəfiqi olaraq edirik”.
Xəbəri paylaş