Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsindən qazanan Qərb olacaq



Newscenter.az.19.01.2022. NATO baş katibi Yens Stoltonberqin mınbuat konfransı zamanı Ulrayna ətrafında baş verənlərə görə Rusiyanın birbaşa məsuliyyət daşıdığını bildirməsi və Ukrayna məsələsində Rusiyanı sərt şəkildə xəbərdar etməsi vəziyətin getdikcə daha ciddi hal aldığını və müharibə riskinin hər gün bir az daha artmasının göstəricisi kimi də qəbul edilə bilər.

Bugün mediasında, xüsusilə də "Reuters” tərəfindən yayılan xəbərə görə İngiltərə və Kanada Ukraynaya silah və hərbi qulluqçular göndərib. İngiltərənin tank əleyhinə silahları, Kanadanın isə xüsusi təyinatlıları Ukraynada yerləşdirilib.

Qərb ölkələrinin Ukraynanın belə sürətlə silahlandırması dərindən təhlil edərkən belə qənaətə gəlmək olar ki, Rusiya və Ukrayna arasında toqquşmanın baş verməsi və yaxud Rusiyanın münaqişəyə cəlb edilməsi kim yaxud kimlərsə üçün böyük maraq kəsb edir. Ona görə də, bütün NATO üzvü dövlətlərin Ukraynaya yardımı davam etməkdədir.

Hətta son yayılan məlumatlara görə ABŞ-ın baş katibi Entoni Blinkin Ukraynaya səfərə gəlir. Əlbəttə ki, onun səfərinin məqsədi aydındır.
Hesab edirəm ki, ABŞ-ın baş katibi Ukraynaya dəstək mesajını çatdırmaq və Rusiyaya qarşı birgə cəbhə almaq məsələsində söz verməyə gəlir.
Əgər Rusiya və Ukrayna arasında müharibə baş verərsə buradan kim qazanacaq yaxud kim uduzacaq?

Əlbəttə ki, qazanan Qərb ölkələri olacaq. Qərblə bərabər Çin də qazanclı çıxacaq. Qərb ona görə qazanclı çıxacaq ki, Rusiya və Ukraynanı qarşı-qarşıya gətirməklə hər iki tərəfə təzyiq elementi yaratmaq imkanı əldə etmiş olur.

1. Rusiyaya qarşı çoxdandır arzu etdiyi sanksiyalar paketini,

2. Ukraynanı isə Rusiya təhdidindən biz qoruduq deyərək özünə bağlamağa çalışacaq.

Burada qazanclı çıxan Çin olacağını demək mümkündür məncə. Ona görə ki, son günlər Qazaxıstanda atılan addımlardan görünür ki, Çin üçün əsas hədəf Rusiyanın zəifləməsidir. Son hadisələr də göstərdi ki, Çin üçün Mərkəzi Asiyaya girməkdə ən böyük maniyə məhz Rusiyadır. Ona görə də Rusiyanın zəifləməsi Çinin Mərkəzi Asiyada yolunun açılmasına xeyli dərəcədə kömək etmiş ola bilər. Çinin "Bir Kəmər, Bir Yol" məsələsində qəti mövqe göstərməsi və Avrasiyanı özünün siyasi və iqtisadi təsiri altına salmaq istəməsi həm Qərb, həm də Rusiya tərəfində aydın şəkildə görünməkdədir. Hesab edirəm ki, Rusiya bu məsələni ciddiyə alıb Ukrayna məsələsində müharibə variantını seçməkdə tələsməyə bilər. Əgər Rusiya Ukrayna ilə müharibə variantını seçərsə, bu onun üçün ikiqat zərbə ola bilər.

1. Qərbdən sanksiyalar gələ bilər
2 Onun zəifləməsindən istifadə edərək Çin ilk növbədə Mərkəzi Asiya olmaqla Rusiyanın nüfuzunun möhkəm olduğu ərazilərdə də mövqeyini möhkəmləndirə bilər.

Nəhayət, burada itirəcək əsas ölkə Ukrayna ola bilər. Ukrayna üçün itkilər dörd istiqamət üzrə ola bilər.

1. ərazi
2. əhali
3. iqtisadi
4. hərbi

Yuxarıda qeyd edilənlərin itrilməsi isə Ukrayna üçün ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, tərəflər arasında baş verə biləcək müharibə məhz onların özlərinin itirmasinə gətirib çıxar bilər. Qərb isə Ukraynaya silah və söz yardımı edə bilər. Genişmiqyaslı ordu ilə gəlib Ukraynada döyüşəcəyi o qədər də inandırıcı görünmür.

Samir Hümbətov-siyasi ekspert
Xəbəri paylaş