Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA-nın Tarix İnstitutunun Baş direktoru istefa verib



Newscenter.az.20.01.2022. "Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyev ötən gün Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid edib.
Xəbəri paylaş