Newscenter.az.20.01.2022. İnsanın yaşadığı ömür yolu onun həyatını əks etdirən güzgüdür. Bu lövhədə hər kəsin arzu-istəklərindən qaynaqlanmış əməllər, özünün və başqalarının həyatında qoyduğu izlər aydın görünür və sahibini olduğu kimi təqdim edir. Bu baxımdan insan həyatının dəyəri təkcə özü üçün etdikləri deyil, həm də yaxın-uzaq çevrəsində tutduğu mövqe, cəmiyyətə göstərdiyi xidmətlərlə ölçülür. Təsadüfi deyil ki, insanı təfərrüatına, incəliyinə qədər tanımaq olduqca çətindir. Ancaq bunun üçün iki yaxşı vasitə var. Bir gərək cəmiyyətdə tutduğu vəzifəyə görə qazandığı mövqeyə , bir də tabeliyində olan insanların fikirlərinə diqqət yetirəsən ...
Uzun illərdir ilin yox "əsrin rektoru" kimi yorulmaz fəaliyyət göstərən böyükdən kiçiyə hər kəsin sevgisini qazanmış İbrahim Cəfərovda bunların hər ikisinin ən yaxşı keyfiyyətlərini izləyirik. Hansıları? Sadalamazdan əvvəl özüm üçün vacib olan bir məsələni qeyd etmək istəyirəm.Əgər İbrahim müəllimin rəhbərlik etdiyi ADAU-da çalışsaydım və ya təhsil alsaydım təmənnalı görünər deyə bu sözləri yazmağa çəkinərdim.
Uzun illərin ailə tanışlığı, dostluğu olmasına baxmayaraq, İbrahim müəllimi tanıyan gündən təmizliyi,yüksək mənəvi-əxlaqi keyfiyyətləri, şəxsiyyəti, siması ilə mənim üçün nümunəvi (ideal) obraza çevrilən ləyaqətli insandır.Fəxarət hissi ilə onuda qeyd edim ki, müəllifi olduğum " Qalib Sərkərdə" adlı kitabımın məsləhətçisi olaraq imza sahibidir.
İbrahim Cəfərovun alimliyindən, pedaqoqluğundan, ictimai işlərindən əlavə, milli-mənəvi dəyərlərə malik olan insani keyfiyyətlərinə şahidlik etdikcə sadəcə qürur hissi keçirdirəm. Bacarıqlı elm təşkilatçısıdır.Ən əsası səmimiliydən irəli gələn böyük təəssübkeşlik hissi, tələbələrə qayğıkeşliyindən daha aydın izlənilir. Həm də son dərəcə sadəliyi, mehribanlığı, qayğıkeşliyi, ilə deyərdim bütün rektorlardan seçilir.Rektor vəzifəsində çalışdığı illər ərzində şübhəsiz ki, ADAU-nun həm inkişafı, həm də yüksək nəticələr əldə etməsində böyük xidmətlər göstərən,istər idarəetmədə prinsipiallığı, istərsə də tələbələrə, əməkdaşlara münasibətdə hər zaman öz diqqəti ilə seçilən İbrahim müəllim, həm də universitetin təmiz, saf xarakterini yaşada bilir.Həm də bunlarla yanaşı, mənim nəzərimdə onun ən yaxşı keyfiyyəti ictimaiyyətin gözü qarşısında göstərdiyi şəffaf fəaliyyəti ilə adını, şərəf və ləyaqətini daima ucaltmasıdır. Əgər belə etməsəydi, indiki mənəvi mövqeyə yüksəlib, böyüklü-kiçikli hamının hörmətini, rəğbətini qazana bilərdimi? Əsla yox!
Şair demişkən: insanın şöhrəti, şanı hünərdən yaranıb: ləyaqətlə, hallallıqla, işinə dəqiq və sonsuz sevgilə mərdanə keçən omürlə! Azərbaycan elminə təmənnasız xidmət göstərən saf və təmiz əqidəsi, müdrikliyi, təvazökarlığı, insanlara qayğıkeşliyi ilə də böyük nüfuza sahib bir ziyalı İbrahim müəllim belə ömür sahibidir!
İndi isə hər yerdə haqqında söz düşəndə qürurla, iftixar hissi ilə deyirəm: mənim son dərəcə xeyirxah, sadə və səmimi, vüqarlı dostumdur İBRAHİM CƏFƏROV!
Bu gün əsl elm fədaisi kimi zirvələrə ucalan təvazökar və xeyirxah insan sizinlə daima qürur duyur və ömrünüzün müdriklik zirvəsinə yüksələn 66 illiyinizi ailəmiz adından və şəxsən öz adımdan təbrik edirəm, sağlam ömür arzulayıram.Canınız sağlam, əhvalınız nikbin olsun! Günləriniz xoş, illəriniz mənalı keçsin! Böyük Yaradan heç zaman sizin kölgənizi bizlərin-sizi sevənlərin üstündən əskik etməsin.Amin!
Aygül Bağırova-YAP fəalı