Newscenter.az.20.01.2022. 2022-ci il ərzində həm Azərbaycanda, həm də Şimali Kipr Türk Respublikasında Dünya Motokros çempionatının keçirilməsi nəzərdə tutulub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Motosiklet Federasiyasının başçısı Bekir Yunus Uçar verib. O bildirib ki, belə bir yarışların keçirilməsinə Dünya Motosiklet Federasiyası da dəstək verib.
Bekir Yunus Açar onu da qeyd edib ki, il ərzində rəhbərlik etdiyi federasiya bu tipli 5 çempionat keçirməyi hədəfləyib:
«Türkiyə Cumhurbaşqanlığının himayəsi altında Afyonkaragisarda Dünya Motosiklet çempionatı keçiriləcək. Bundan başqa 2021-ci ilə İtaliyada təxirə salınan daha bir Dünya Motosiklet çempionatını da Türkiyədə keçirməyi hədəfləmişik».