Newscenter.az.20.01.2022. Respublikanın əksər bölgələrində olduğu kimi Bakı-Şamaxı yolunda da avtomobil vasitələrinin təhlükəsiz hərəkəti istiqamətində müvafiq tədirlər həyata keçirilir.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, sözügedən yolda qar yağıntısı davam edir. Yolun 65-104 kilometrlik hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir.
Agentlikdən bildirilib ki, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Sevinc