Newscenter.az.20.01.2022. Nizami rayonunda birinci və ikinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə ucaldılacaq abidənin eskiz layihəsinin təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, təqdimat mərasimində şəhid ailələri, Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Mehtiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları ictimai birliyinin Nizami rayon təşkilatının sədri Məhi Mehdiyev, Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü Şöhlət Afşar çıxış edərək dövlətin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi proqramlardan və bilavasitə Prezident İlham Əliyevin qeyd olunan əhali qrupuna göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirdə şəhid ailələrinin təmsilçiləri də çıxış edərək Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Missiya Media Qrupunun birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrə görə təşəkkürlərini bildiriblər.
Daha sonra memar-dizaynerlər xatirə abidəsinin eskiz layihəsini təqdim ediblər. Qeyd olunub ki, Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının və Missiya Media Qrupunun birgə dəstəyi ilə ərsəyə gətiriləcək layihə xüsusi fəlsəfi ideaya əsaslanır. Layihə fəlsəfi nöqteyi-nəzərindən Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə qədər keçdiyi tarixi yolu əks etdirir.
Layihə ətrafında aparılan müzakirələrin nəticəsi olaraq razılaşdırılıb ki, yaxın günlərdə abidənin təməlqoyma mərasimi keçirilsin.
Xatırladaq ki, bu günə qədər rayon ərazisində Missiya Media Qrupunun da əsas dəstəyi ilə şəhidlərin yaşadığı binaların və təhsil aldıqları məktəblərin həyətində xatirə guşələri yaradılıb və bu proses hazırda da davam etdirilir.
Ruhiyyə