Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akif Nağı Dövlət Komitəsinə müraciət etdi

Akif Nağı Dövlət Komitəsinə müraciət etdi


Newscenter.az.21.01.2022. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Laçın rayonundan məcburi köçkün Elman Kərimovun ailəsinin ağır vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.

Newscenter.az təşkilata istinadən xəbər verir ki, müraciətdə bildirilir:

"Şəki rayonunda məskunlaşmış Laçınlı məcburi köçkün Kərimov Elman Kərim oğlunun ağır vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Elman Kərimov həyat yoldaşı Balaxanım Kərimova ilə birlikdə Şəki rayonu Çələbixan qəsəbəsində Su idarəsinin köhnə və yararsız binasında məskunlaşıb. İndi Su idarəsinin rəhbərliyi onlara təzyiq edir, zorla yaşadıqları yerdən çıxarmaq istəyir. E.Kərimov onlara bildirir ki, bizim getməyə yerimiz yoxdur, ya ev verin gedək yaşayaq, ya da icazə verin gedək Laçında alaçıq quraq yaşayaq".

Müraciətdə QAT sədri diqqətə çatdırır ki, bu zavallı insanların ümidi hər yerdən kəsilib, bilmirlər nə etsinlər:

"Onu da qeyd edim ki, E.Kərimovun oğlu Kərimov İsgəndər müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət keçir. Məcburi köçkünə, hərbçi ailəsinə bu cür münasibət dözülməzdir və Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının kobud şəkildə pozulması deməkdir. Xahiş edirik ki, məcburi köçkün və hərbi qulluqçu ailəsinə köməyinizi əsirgəməyəsiniz, onların bu ağır vəziyyətdən çıxması üçün tapşırıqlarınızı verəsiniz.

Mehman
Xəbəri paylaş