Newscenter.az.21.01.2022. "Qarabağ bizim ərazidir və Azərbaycanın icazəsi olmadan heç bir kəs oraya gedə bilməz. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da Xankəndinə gəlmək üçün Azərbaycandan icazə almalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova səsləndirib. Onun sözlərinə görə, əgər Qarabağa kimlərin gəlib getməyindən bizim əsgərlərin, sərhəd qoşunların xəbəri olmayacaqsa, onda onlar orada niyə dayanıb?
"Rusiya sülhməramlıları Qarabağa kimlərinsə gəlməsinə icazə verəcək, bizimkilər də sakit qalıb baxacaqlar? Əslində Rusiya sülhməramlıları azərbaycanlılardan icazə almalıdırlar ki, kimlərsə Qarabağa keçmək istəyir icazə verirsiniz, yoxsa vermirsiniz".
Könül İsmayılova qeyd edib ki, sülhməramlılar orada gəlib-gedənləri keçirmək üçün dayanmayıblar:
"Onlar orada sülh yaratmaq üçün dayanıblar. Eyni zamanda sülhməramlılar oraya ona görə yerləşiblər ki, Azərbaycan və Ermənistan sərhəddində təxribatlar baş verməsin. Amma buna baxmayaraq təxribatların ardı-arası kəsilmir".
Mehman