Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı sakini özünü məftillə ağaca bağlayaraq yandırdı



Newscenter.az.21.01.2022. Yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Newscenter.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı daxil olmuş sorğuya cavab olaraq bildirilib.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunub, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.
Xəbəri paylaş