Newscenter.az.21.01.2022. Ceyranbatan- Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində qəza baş verib.
Newscenter.az-a "Azərsu" ASC-dən bildirilib ki, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq. Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Sevinc