Dünya İqtisadi Forumunun növbəti toplantısının vaxtı açıqlanıb
Tarix: 21-01-2022, 19:25
Newscenter.az.21.01.2022. Dünya İqtisadi Forumunun növbəti illik görüşü may ayının 22-26-da İsveçrənin Davos-Kloster qəsəbəsində keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə forumun mətbuat xidməti açıqlama yayıb.
Görüş pandemiyanın başlanğıcından dünya liderlərinin əyani formatda ilk toplantısı olacaq.