Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kipr prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib



Newscenter.az.21.01.2022. Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycanın müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, qəbuldan məmnunluq ifadə edən partiya sədri Azərbaycanla Şimali Kipr arasında mövcud olan əlaqələrdən danışıb və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirib.

Prezident Ersin Tatar da öz növbəsində Şimali Kiprin həm Türkiyə, həm də Azərbaycanla əlaqələrinin hər ötən gün daha da inkişaf etdiyini vurğulayıb. Ersin Tatar Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın tarixi qələbəsindən də məmnunluq ifadə edib.

Şimali Kipr prezidenti Azərbaycandan ölkəsinə diqqətin getdikcə artdığını, müntəzəm olaraq Azərbaycan mediasına müsahibələr verdiyini də diqqətə çatdırıb.

NEWSCENTER.AZ
Xəbəri paylaş