Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kolumbiya mətbuatı 20 Yanvar faciəsi barədə yazıb



Newscenter.az.21.01.2022. Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən “LaOtraCara” portalında tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Azadlıq uğrunda iztirablar” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, yazıda 1990-cı ilin 19 yanvar tarixindən 20-ə keçən gecə Sovet İttifaqının o vaxtkı rəhbəri, müəllifin “saxta sülhpərvər” adlandırdığı Mixail Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun Bakıya daxil olaraq arasında qadınlar və uşaqlar da olmaqla dinc əhaliyə qarşı qətliam törətdiyi bildirilir.

Müəllif silahsız mülki insanlara qarşı tanklardan və ağır silahlardan istifadə olunduğu “Qara Yanvar” faciəsinin Azərbaycan xalqına qarşı öncədən, soyuqqanlı şəkildə planlaşdırılmış hərbi əməliyyat olduğu, bu zaman törədilmiş cinayətlərin mötəbər beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da öz əksini tapdığını qeyd edir, bu hərbi müdaxilənin əsas sifarişçisinə isə sonradan “qlobal fırıldaq” məhsulu olaraq Nobel Sülh mükafatı verildiyini kinayəli şəkildə vurğulayır.

Sonda müəllif bütün günahsız insan qətlləri, tökülən qanlar və törədilmiş vəhşiliklərin əks təsirə səbəb olduğunu, Azərbaycan xalqının 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa etdiyini və bu gün Azərbaycanın durmadan tərəqqi yolunda irəlilədiyi və bəşəriyyətə öz töhfələrini verdiyini bildirir.
Xəbəri paylaş