Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Abilimpiya Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə edili



Newscenter.az.21.01.2022. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Milli Abilimpiya Federasiyasının nümayəndələri ilə görüş olub.

Newscenter.az xəbər verir ki, Agentliyin sədr müavini Cəmaləddin Quliyev əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluq imkanlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, Agentlik tərəfindən 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2850 əlilliyi olan şəxs isə münasib işlərlə təmin edilib.

Görüşdə abilimpiya hərəkatının əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişafında, əlilliyi olan insanların əmək reabilitasiyası və peşə ixtisaslarına, məşğulluq imkanlarına yiyələnmələrinin dəstəklənməsində önəmi qeyd edilib. Bu kateqoriyadan olan şəxslərin məşğulluq tədbirlərinə cəlb olunması, fəaliyyətlərinin dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sevinc
Xəbəri paylaş