Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə nazirinin müavini Kəlbəcərə gedib, yeni hərbi obyektlərin açılışında iştirak edib-VIDEO



Newscenter.az.21.01.2022. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.

Xəbəri paylaş