Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağda məcburi köçkünlərin yaşadığı tikililər yanıb



Newscenter.az.21.01.2022. Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Bu barədə Newscenter.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mehman
Xəbəri paylaş