Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2021-ci ilin hesabatını dövlət başçısına təqdim edəcək



Newscenter.az.21.01.2022. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim ediləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Agentliyin Müşahidə Şurasının növbəti iclasında qərara alınıb.

İclasda Agentliyin İcraçı direktorunun 2021-ci il üzrə hesabatı dinlənilib. Hesabat Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub.

Sonra Agentliyin 2022-ci il üçün fəaliyyət planı müzakirə edilib və səsə qoyularaq təsdiq olunub.

Daha sonra iclasın gündəliyinə daxil olan kənar auditorunun cəlb olunması haqqında müzakirələr aparılıb və Agentliyin nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılmasının təşkil edilməsi ilə bağlı qurumun aparatına tapşırıqlar verilib.
Xəbəri paylaş