Newscenter.az.21.01.2022. İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Shana" xəbər agentliyi məlumat yayıb.
Yanvarın 19-da yaranan və bununla əlaqədar qazın 10 gün müddətinə dayandırılmasına qərar verilən texniki nasazlıqlar aradan qaldırılıb.
Qeyd olunur ki, yanvarın 17-də İrandan Türkiyəyə qaz nəqli gündəlik müqavilə həcminin üçdə birinə endirilib.
İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə orta hesabla ildə 10 milyard kubmetr qaz verir.