Newscenter.az.21.01.2022. "Dünən Laçın dəhlizi ilə bağlı Cənab Prezidentin dediklərinə cavab olaraq Zaxarovanın şərhi ilə tanış olduq. Belə çıxır ki, doğrudan da oradakı bəzi dairələr hələ də sülhməramlıların hansı səlahiyyətlərə malik olmaları haqqında biliklərə malik deyillər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki, sülhməramlılar beynəlxalq standartlara görə həmişə təhlükəsizliyə cavab verirlər:
"Onların fəaliyyət göstərdikləri ərazi isə, Azərbaycan ərazisidir. Adı çəkilən qruplar gömrük - keçid və sərhəd - keçid məntəqəsinin funksiyalarını həyata keçirə bilməzlər. Sülhməramlılar Ermənistandan Qarabağa yerli ermənilərin gəliş - gedişini təmin edir və ancaq buna görə məntəqədə yoxlana - keçid məntəqəsi qurublar. Xarici vətəndaşların Azərbaycandan icazəsiz bölgəni ziyarət etmələri təxribat və beynəlxalq hüququn pozulmasıdır".
Zaur Məmmədov hesab edir ki, Laçın dəhlizinə Ermənistandan daxil olan 91 % avtomobilin yoxlanılmaması, Limonovların və Pekreslərin maneəsiz Xankəndinə ayaq basmaları ciddi iraddır.
Mehman