Newscenter.az.21.01.2022. Amnistiya Aktının təsiri altına düşən məhkumlardan 3411 nəfərinə və ya 60%-nə Amnistiya Aktı tətbiq edilib.
Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.
Bildirilib ki, onlardan 2704 məhkum azad olunmuş, 707 məhkumun cəza müddəti azaldılıb.