Newscenter.az.22.01.2022. İqtisad elmləri doktoru Gülalıyev Mayıs Gülalı oğlu UTECA-da Elm və beynəlxalq əlaqələr üzrə müşavir vəzifəsinə təyin edilib.
Newscenter.az bu barədə təhsil ocağına istinadən xəbər verib.
O, daha əvvəl AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadiyyatın dövlət tənzimləməsinin metodoloji və ekonometrik problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Mayıs Gülalıyev 17 Oktyabr 1960-cı ildə Şamaxı rayonunun, Məlikçobanlı kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1984-1985-ci illərdə Şamaxı rayonunun Çaylı kənd orta məktəbində müəllim və 119 saylı Texniki-Peşə məktəbində komsomol katibi, 1986-1987-ci illərdə Azərbaycan Su Layihə İnstitutunda mühəndis-proqramçı, 1989-1992-ci illərdə Moskva Aviasiya İnstitutunun “Vosxod” filialında (Qazaxıstan, Leninsk şəhəri) baş müəllim, 1992-1994-cü illərdə Azərbaycan Universitetində dosent, 1994-2000-ci illərdə “MM” Elm-istehsalat müəssisəsində elmi məsləhətçi, 2000-2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, 20001-2009-cu illərdə Vətəndaş Təşəbbüsləri Mərkəzində prezident və baş redaktor, 2009-2015-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, 2017-2018-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində dosent, 2020-2022-ci illərdə Mingəçevir Dövlət Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində dosent, 2015-2022-ci illərdə isə AMEA İqtisadiyyat İnstitutunun İqtisadiyyatın dövlət tənzimləməsinin metodoloji və ekonometrik problemləri şöbəsinin müdiri vəzifələrində çalışıb.
Son 5 ildə SCOPUS və Web of Science bazalarına daxil olan jurnallarda 15-dən çox elmi məqaləsi dərc edilib. Ümumilikdə 40-dan çox elmi əsərin və 200-dən çox elmi-publisistik məqalənin, 8 kitabın müəllifi və həmmüəllifidir.
Sevinc