Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hulusi Akar: "S-400-lərin alınması seçim deyil, Türkiyənin milli təhlükəsizliyinin təcili tələbidir"



Newscenter.az.22.01.2022. "Rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400-lər alması ilə bağlı əsassız olaraq tənqid edir".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemlərinin alınması seçim deyil, Türkiyənin milli təhlükəsizliyinin təcili tələbidir.

Akar xatırladıb ki, Türkiyə hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün NATO ölkələrinə müraciət edib, lakin bundan imtina edilib.

“Ankara Vaşinqtonla bütün fikir ayrılıqlarının dialoq yolu ilə həllinin tərəfdarıdır”, - nazir qeyd edib.
Xəbəri paylaş