Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək



Newscenter.az.22.01.2022. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Baş nazirin daha bir qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

Eyni zamanda, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.
Xəbəri paylaş