Newscenter.az.22.01.2022. Fransanın keçmiş daxili işlər naziri Klod Qehan bir il müddətinə azadlıqdan məhrum edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.
Qeyd edilir ki, bir aydan artıqdır ki, Parisin cənubundakı həbsxanada saxlanılan 77 yaşlı Qehanla bağlı qərar qeyri-qanuni mükafatların ödənilməsi işi üzrə çıxarılan hökmdən sonra verilib.
Bundan əlavə, Qehan 75 min avro cərimə ödəməli olacaq. Onun 5 il dövlət vəzifəsində çalışması da qadağan edilib.
İstintaqın məlumatına görə, siyasətçi qanunsuz olaraq özünə və nazirliyin digər əməkdaşlarına aylıq mükafatlar yazıb.