Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tağıyevin heykəlini zədələyən şəxslər "Kontakt Home"nin işçiləri olub - FOTO



Newscenter.az.22.01.2022
. Xəbər verildiyi kimi, bir-neçə gün əvvəl 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar.

Yeniavaz.com xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Daha sonra məlum olub ki, saxlanılan şəxslər rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”un əməkdaşları olub.

Məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada "Kontakt Home”un PR meneceri Vəfa Rustamova bildirib ki, hadisədə şübhəli bilinən şəxslər şirkətimizdə satış təmsilçisi kimi çalışırlar: "Biz işə qəbul prosesində namizədlərin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri barədə də referanslar toplayırıq. Hər iki şəxs haqda nə əvvəlki iş yerlərindən, nə də şirkətimizdə çalışdıqları müddətdə həmkarlarından mənfi rəy almamışıq, iş öhdəliklərini də qaydasında yerinə yetiriblər. Doğrudur, sözügedən hadisə işdən kənar vaxtda baş verib. Buna baxmayaraq, baş verən bu hadisəyə görə özümüzü mənəvi günahkar hesab edirik”.

Qeyd edək ki, “Kontakt Home” Mağazalar Şəbəkəsinin deputat Elnur Allahverdiyevə məxsus olduğu bildirilir
Xəbəri paylaş