Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

GİN yanında İctimai Şuranın növbəti toplantısı keçirilib



Newscenter.az.23.01.2022. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şura “Gənclərlə iş sahəsində əldə edilmiş təcrübə və gələcək perspektivlər” mövzusunda gənclər təşkilatları ilə növbəti məsləhətləşməsi baş tutub.

Newscenter.az xəbər verir ki, İctimai Şuranın "Gənclərlə iş üzrə" İşçi qrupunun təşkilatçılığı ilə bir qrup gənclər təşkilatı ilə görüş keçirilib.

Öncə Şuranın sədri Azər Əliyev gündəlikdəki məsələləri gənclər təşkilatlarının rəhbərlərinin diqqətinə çatdıraraq gənclər təşkilatları ilə məsləhətləşmələrin məqsədi və davamlı şəkildə keçiriləcəyi ilə bağlı məlumat verib.

İşçi qrupunun rəhbəri Asim Vəliyevin moderatorluğu ilə davam edən dəyirmi masada gənclər təşkilatları tərəfindən gənclərin maarifləndirilməsi, vətənpərvərlik hissələrinin aşılanması, region gəncləri ilə iş, gənclərin asudə vaxtlarının səmərəli təşkili kimi müxtəlif istiqamətli təkliflər dinlənildi və müzakirə aparılıb.

Sevinc
Xəbəri paylaş