Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacı Zeynalabdin Tağıyev həm də milli kimlikdir



Newscenter.az.23.01.2022. Hacı Zeynalabdin Tağıyev həm də milli kimlikdir. Hacı Zeynalabdin Tağıyevin təhsilinə dəstək verdiyi şəxslərdən biri də Azərbaycanın İstiqlal Bəyannaməsini ilk imzalayan şəxs, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini və sədr vəzifəsini icra etmiş Həsən bəy Ağayevdir. Onun dəstəyi nəticəsində Həsən bəy Ağayev Moskvada tibb təhsili alıb, Hacı ilə şərtləşdikləri kimi geri qayıdıb, qızlar məktəbində həkimlik edib. Həyat yoldaşı Xədicə xanımla da burda tanış olub. Hətta Parlament sədri olanda da Azərbaycan Dəmiryolu xəstəxanasının baş həkimi vəzifəsində işləyir.
Ona görə də Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi və milli kimliyimizə dəstək verən şəxs kimi qalıb.

Hacı Zeynalabdin Tağıyevin abidəsinin insanların ən çox olduğu bir yerdə elə məhz insanların arasında quraşdırılması və xatirəsinin əbədiləşdirilməsi Cənab Prezident İlham Əliyev tərəfindən milli kimliyimizə verilən yüksək qiymətdir.

Bu gün ölkəmizdə Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik ənənələri isə Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Bu gün Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu Fond nəinki Azərbaycanda, Qafqazda ən böyük xeyriyyəçidir.

Kamal Cəfərov-Milli Məclisin deputatı
Xəbəri paylaş