Newscenter.az.23.01.2022. "Həmin tədbir yersiz və Azərbaycanın bugünkü imicinə mənfi çalarlar qatan bir hadisədir. Belə ki, güclü dövlətin ərazisi olan Şuşa şəhərinin festivalda adının dəyişdirilməsi qətiyyən yolverilməz haldır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova Moskvada keçirilən KVN yarışmasında Azərbaycanı təmsil edən "Şuşa" adlı komandanın adının ermənilərin təkidi ilə dəyişdirilməsinə münasibət bildirərkən səsləndirib. MMP rəsmisi deyib ki, bu 44 günlük müharibədə qan bahasına qazandıgımız qələbəyə kölgə salmaqdır:
"Həmin tədbirin təşkilatçıları üçün utancverici hadisədir. Şuşa bizimdir, hər hansı erməni dıgasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir. Bu hadisəni pisləyirəm. Ən yaxşı yolu həmin anda etiraz əlaməti olaraq festivalı yarıda qoyub vətənə dönmək idi".
Mehman