Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan üçün daha əlverişli şərait yarandı



Newscenter.az.23.01.2022. Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdi. Ermənistanda əsas söz sahibi Baş Nazirdir, yəni Nikol Paşinyandır. Armen ilə Nikol strategiyası uzlaşmırdı. İki fiqurun da öz dəst-xətti var idi. Armen Nikolun fəaliyyətini alqışlamırdı. Xatırlayırsınızsa, Paşinyan Baş Qərərgah rəisi Onik Qasparyanı istefaya göndərəndə sabiq prezident maneə olmuşdu.

Zənn etmirəm ki, sabiq prezident bu siyasi qərarı emosional hisslərə dayanaraq qəbul edə. Çox güman, özünün bir fiqur olaraq qalmasından başqa funksiyasının olmadığı məntiqinə dayanıb. Həqiqətən, öz fəaliyyəti dövründə Ermənistan üçün "dəyişikliklər edən" bir lider kimi yadda qalmadı.

Paşinyan üçün daha əlverişli bir şərait yarandı. Ermənistan prezidentli respublika idarəetmə üsuluna tam keçməyəcəyinə görə Paşinyan bu strukturlarda öz etimad etdiyi şəxslərin əyləşməyinə səy göstərəcək. Çevriliş cəhdlərindən sonra Paşinyanın ən önəmli işi bu olmuşdu.

Elman Vəliyev-siyasi şərhçi
Xəbəri paylaş