Newscenter.az.23.01.2022. Sabirabad rayonunda iki nəfər dəm qazından zəhərlənib.
“Report”un Aran bürosunun məlumatına görə, Sabirabad şəhəri, Babək küçəsi 4-də yaşayan, 1978-ci il təvəllüdlü Əliyev Elmir Balaxan oğlu evdə dəm qazından zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Digər hadisə isə rayonun Eldar Qənbərov küçəsində qeydə alınıb. Sözügedən ünvanda dəm qazından zəhərlənən 2003-cü il təvəllüdlü Vəliyev Sənan Vüqar oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.