Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsudan tükürpədən görüntülər - Tənha qadın vəhşi heyvanların əhatəsində-VİDEO



Newscenter.az.24.01.2022. Ağsu rayonundan bir qrup ictimai fəal rayonun Ərəbmehdibəy kəndi ərazisində çöllük ərazidə özünə sığınacaq qurmuş tənha qadınla bağlı müvafiq dövlət qurumlarına, rayon rəhbərliyinə müraciət edib.

Rayon sakini Əzəmət Möhübbət qızı Mikayılova ilə görüşən ictimai fəallar onun yaşadığı məşəqqətli vəziyyəti əks etdirən videogörüntülər çəkiblər.

Turkustan.az həmin görüntüləri təqdim edir və ümid etdiyini bildirir ki, çox qısa müddətdə Ağsu rayon rəhbərliyi, uyğun dövlət qurumları Əzəmət xanımla maraqlanacaq, onun vətəndaş hüquqları təmin ediləcək. Sosial qayğı ilə əhatə olunacaq.

Mövzunu diqqətdə saxlayacağıq və yeniliklər haqda əlavə məlumat verəcəyik.

Xəbəri paylaş