Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Ukrayna ilə münasibətləri Rusiyaya qarşı yönəlməyib



Newscenter.az.24.01.2022. Rusiya-Ukrayna münasibətlərinin gərginləşdiyi dönəmdə tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət addım atan dövlətlər çox azdır ki, bunlardan biri də şübhəsiz ki, Azərbaycandır.

Azərbaycan prezidenti cənab İlham Əliyevin 14 yanvar 2022-ci ildə Ukraynaya baş tutan səfəri və bu səfər çərçivəsində Ukrayna preziddnti Volodimir Zelenski ilə keçirdiyi görüşlər, imzalanan sənədlərə Rusiya tərəfindən reaksiya gecikmədi.

Rusiya XİN sözçüsü Mariya Zaxarova açıqlqma veərərək bildirib ki, "Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir".

Eyni zamanda Zaxarova bildirib ki, “Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”.

Baxmayaraq ki, Azərbaycanın Ukrayna ilə münasibətləri hər hansı üçüncü ölkəyə, xüsusilə də Rusiyaya qarşı yönəlməyib. Eyni zamanda, Zaxarovanın bu iki fikrinə sual oluna bilər ki, əgər Rusiya tərəfi Azərbaycan və Ukrayna arasında münasibətlərdən belə narahatlıq keçirirsə, niyə Ermənistanın maraqlarını müdafiə edərkən niyə Azərbaycanın maraqlarına toxunduğunu nəzərə almaq məsələsində istəkli görünmür?

Hesab edirəm ki, Rusiya Azərbaycanda xarici siyasətimizlə bağlı nəyisə tələb edə bilməz. Ona görə ki, Azərbayacan onun üçün nə Ermənistan, nə də digər əlaltı dövlət deyil. Bugünə kimi Azərbaycanın beynəlxalq arenada nüfuz qazanması da onun müstəqli xarici siyasətinin tərkib hissəsidir.

Samir Hümbətov-politoloq
Xəbəri paylaş