Newscenter.az.24.01.2022. “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Newscenter.az xəbər verir ki, bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Mingəçevir şəhərində təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Mingəçevir şəhəri, Nəriman Nərimanov prospekti, Gənclər evinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” yanvarın 26-da saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Sevinc